Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş bayram tədbiri keçirilmişdir

29 dekabr 2016 | 03:01

28 dekabr 2016-cı il tarixində Neftçala rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbir rayon ictimaiyyətinin bir qrup üzvləri başda Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev olmaqla Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək, onun önünə gül dəstələri qoydular.
Sonra  tədbir  Heydər Əliyev mərkəzində bayram konserti ilə davam etdirildi.
İlk olaraq rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev Neftçala sakinlərini bayram münasibətilə təbrik etdirdi. O, çıxışında Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin zəruriliyini nəzərə alaraq elan etdiyi və dövlət bayramı kimi qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışmış, tədbir iştirakçılarını bu bayram və Yeni il  münasibətilə təbrik etmişdir.Sonra tədbir biri-birindən maraqlı bayram proqramı ilə davam etdirildi.

Keçidlər