Şriftin ölçüsü :

Saytın rəngi :

2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirildi

27 oktyabr 2026 | 15:13

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın Neftçala rayonunda icrasının təmin edilməsi məqsədilə Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının üzvləri, Neftçala rayonunda 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair təsdiq edilmiş “İş planı”nın 6 və 15-ci bəndi üzrə tədbirlərin icrası ilə əlaqədar rayonun Qaçaqkənd kəndində fermerlərin, Sudan İstifadəedənlər Birliklərinin, Xol Qaraqaşlı bələdiyyəsinin iştirakı ilə görüş keçirib, Dövlət Proqramının icrası çərçivəsində rayonun Qaçaqkənd, Xanməmmədli, Qazaxbərəsi kəndi ərazisində xırda və pərakəndə torpaq sahələrinin konsolidasiyasının həyata keçirilməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması, onun üstünlükləri, torpaq mübadiləsi və sahələrin birləşdirilməsi prosesində fermerlərin könüllü iştirakının təşviq edilməsi, mövcud suvarma və təsərrüfatdaxili suvarma şəbəkələrinin istismar vəziyyətinin qiymətləndirilməsi, su bölgüsünün optimallaşdırılması və su itkilərinin azaldılması ilə bağlı  ətraflı məlumat verib. Dövlət Proqramında müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması istiqamətində Aqrar Subsidiya Şurasının qərarı ilə təsdiq edilmiş yeni subsidiya mexanizmləri və subsidiya şərtləri ilə bağlı fermerlərə əlavə məlumat verilərək bir sıra məqamlar diqqətə çatdırıldı.
Görüşün əsas məqsədi xırda və pərakəndə torpaq sahələrinin konsolidasiyasının həyata keçirilməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması, onun üstünlükləri barədə fermerləri məlumatlandırmaq, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımların, müasir suvarma sistemlərindən istifadə imkanlarının və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərilməsidir. 
Görüşdə rayonun Qaçaqkənd, Xanməmmədli, Qazaxbərəsi kəndlərində fermerlərin xüsusi mülkiyyətində olan 229,95 hektar pay torpaq sahələrinin, Qaçaqkənd kəndində Xol Qaraqaşlı Bələdiyyəsinin mülkiyyətinə olan 82,0 hektar kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin olunması, suvarma kanallarının bərpası, çəkilməsi, həmçinin fermerlərin xüsusi mülkiyyətində olan xırda torpaq sahələrinin birləşməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması geniş müzakirə edilib. Kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrinin suvarılması, suvarma şəbəkəsinin yenidən qurulması istiqamətində fermerlərin qeyd etdiyi su təchizatının təmin edilməsi diqqətdə saxlanıldı, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması bildirildi.
Görüş zamanı fermerlərə Neftçala rayonunda iki kənd təsərrüfatı kooperativinin yaradılması barədə ətraflı məlumat verildi, bu istiqamətdə ilk təşəbbüs göstərən rayonlardan biri olması vurğulandı. Xırda və pərakəndə torpaq sahələrinin birləşdirilməsi ilə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının aqrar sahədə mühüm əhəmiyyət kəsb etməsi, torpaq mülkiyyətçilərinin mülkiyyət hüququ saxlanılmaqla kooperativ üzvlərinin əlavə aqrar subsidiya mexanizmlərindən yararlanmaları barədə fermerlərə müvafiq tövsiyələr verildi, təşviq materialları ilə tanış edildi.
Sonda fermerlərin müraciət və təklifləri dinlənildi, səsləndirdikləri təkliflər qeydə alındı, aqrar sahəsinin inkişafında fəaliyyətlərinə hərtərəfli dəstəyin davam etdiriləcəyi diqqətə çatdırıldı.

Keçidlər