Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunub

05 iyun 2024 | 09:50
Neftçala rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunub.
Neftçala rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunub. Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etməklə meliorasiya sahəsinin inkişafında müstəsna xidmətləri olan dahi şəxsiyyətə ehtiramlarını bildiriblər və önünə gül dəstələri düzüblər.
Tədbirdə Neftçala rayon İcra Hakimmiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov və işçi kollektivi iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Cənab Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli Sərəncam imzalayıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun və ASC-nin sədri Zaur Mikayılovun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə təbrikləri kollektivin diqqətinə çatdırılıb, onlara bu çətin və şərəfli işlərində uğurlar arzu olunub. Hər zaman dövlətimiz tərəfindən meliorasiya işçilərinə diqqət və qayğı ilə yanaşıldığı vurğulanıb.
Tədbirdə çıxış edənlər dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğı haqqında məlumat veriblər. Bildirildi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılıb, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülüb, təxirəsalınmaz layihələr həyata keçirilib.
Tədbirin sonunda su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əməkdaşa fəxri fərmanlar təqdim edilib.
Neftçala RİH-in kollektivi adından “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramları münasibətilə təbrik edir və işlərində uğurlar arzulayırıq.
Keçidlər