Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək Neftçala məktəbliləri rayonda ağacəkmə aksiyasında iştirak etdilər.
17 noyabr 2016-cı il tarixdə Neftçala rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Göygöl-Şəmkir rayonlarına 4 gunlük ekskursiyaya yola salındılar.
Yola salınma mərasimində Neftçala rayon icra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova, aidiyyatı təşkilat rəhbərləri, valideynlər və KİV nümayəndələri iştirak etdi. Məktəblilər ilk öncə ağacəkmə kompaniyasına qoşuldular. Onlar Heydər Əliyev prospekti boyunca 45 ədəd şam və küknar ağacları əkdilər.
Mərasimdə çıxış edən Neftçala rayon icra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova bildirdi ki, maarifləndirici tur-aksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilir. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaqdır.
G. Sadıqova səfər çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənmələrini tövsiyyə etdi və xoş istirahətlər arzuladı.
Tur çərçivəsində şagirdlər bu rayonların tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə ekskursiya edəcək, təşkil olunacaq intellektual oyunlar və musiqili proqramlarda iştirak edəcəklər.