Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

14 oktyabr 2016 | 08:10

13 oktyabr 2016-cı il tarixdə Neftçala rayon Heydər Əliyev  Mərkəzində Neftçala rayonunda 2016-cı ilin  doqquz ayının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

İlkin məlumatlara əsasən 2016-cı ilin 9 ayında ümumi məhsul istehsalının həcmi 2015-ci ilin müvafiq dövrünə nisbətən 7,1 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 183,4 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 milyon manat çoxdur. 2016-cı ilin 9 ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 17 milyon 400,0 min manat, kənd təsərrüfatı məhsulu 72 milyon 700,0 min manat, nəqliyyat xidməti 1 milyon 600,0 min manat  , rabitə xidməti 500,0 min manat  , ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 57 milyon 100,0 min manat, tikinti işlərinin həcmi 34 milyon 100,0 min manat olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 79,8 %-ə çatmışdır. Adambaşına 2148,7 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,0 % çoxdur.
2016-cı ilin 9 ayında rayonda 7 yeni müəssisə yaradılmış, 716 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 27, fiziki şəxslər üzrə 716, mövcud müəssisə və təşkilatlarda 30 olmaqla cəmi 773 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və digər tədbirlər üzrə işlərə 710 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 2656 nəfər, o cümlədən pambıq yığımına 688 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 4139 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
        Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 17 milyon 400,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 83,3 % təşkil etmişdir.
          2016-cı ilin 9 ayında Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 518,0 min ton yük,  5 milyon 632,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,2 faiz, sərnişin daşınması isə 1,4 faiz artmışdır.
          Hesabat dövründə Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 501,0 min manatlıq rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % artmışdır. Ümumi xidmətin 84,5 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 69 ədəd telefon aparatı düşür.
        Hesabat dövründə əhalinin nominal pul gəlirləri 190 milyon 188,0 min manat olmuş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,1 % artaraq  2228,2  manat olmuşdur. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı 246,0 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 157,6 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 14,6 % artaraq 136,1 milyon manata, pullu xidmətlərin həcmi 6,9 % çoxalaraq 18,9 milyon manata, iaşə xidmətinin həcmi 10,0 % artaraq 2,6 milyon manata  çatmışdır.
         2016-cı il üçün rayonun yerli gəlirləri 5 milyon 244,0 min manat, xərcləri isə 15 milyon 106,6 min manat təsdiq olunmuşdur. 2016-cı ilin 9 ayı ərzində büdcəyə 3 milyon 733,7 min manata qarşı 4 milyon 343,9 min manat  vəsait daxil olmuş və ya 116,3 % icra olunmuş, yerli xərclər 11 milyon 186,5 min manata qarşı 10 milyon 416,7 min manat və ya 93,1 % icra olunmuşdur.
          01 oktyabr 2016-cı il tarixə pensiya və sosial müavinət alanların sayı 13814 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 1028 ailə olmuş, 140 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
         2016-cı ilin 9 ayı ərzində Rayon Məşğulluq Mərkəzi  tərəfindən 590 nəfər işaxtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 63 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir.  Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 11 sahibkara 1 milyon 684,0  min manat məbləğində güzəştli kredit verilmişdir.
          2016-cı ilin 9 ayında Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 120,0 milyon kvt.saat  elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 31,7 milyon kvt.saatı əhaliyə satılmışdır. Enerjinin dəyəri rayon üzrə 77,4 faizi və əhali üzrə 95,2 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 98,4 % təşkil edir.
          2016-cı ilin 9 ayı ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən rayona 10 milyon 363,0 min kub metr həcmində təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 9 milyon 384,5 min kub metr olmuş, bunun da  dəyəri rayon üzrə 104,5 faiz və əhali üzrə 105,4 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Hesabat dövründə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Yuxarı Qaramanlı, Qırmızıkənd, Xolqarabucaq, Mürsəqulu, Dördlər-Xol, Xoltəzəkənd, Xolqaraqaşlı və Xəzərkənd kəndləri olmaqla 8 kəndi təbii qazla təmin olunmuşdur.
         2016-cı ilin doqquz ayında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 7 milyon 663,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2015-ci ilin müvafiq dövründə olan göstəricidən 15,8% çoxdur.
         Rayonda 2016-cı ilin doqquz ayında aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, 2016-cı ilin 9 ayında kənd təsərrüfatının ümumi məhsulu 72,7 milyon manat olmuşdur. 2016-cı ilin məhsulu üçün 46 min 413 hektar sahədən  105 min ton taxıl istehsal olunmuş, 1541 hektar sahədə pambıq əkilmişdir. Hal-hazırda 700 tondan çox pambıq tədarük məntəqələrinə təhvil verilmişdir və yığım davam etdirilir. Rayonda aqrar sektorda pambıqçılığın inkişafı əsas istiqamətlərimizdəndir. Gələn ildə rayonda 10101 hektarda pambıq əkini nəzərdə tutulur. Bununla əlaqədar hazırda 3,0 min hektardan çox torpaq sahəsi üçün mülkiyyətçilərlə müqavilələr bağlanmış və bu istiqamətdə tədbirlər davam etdirilir.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 397,0 km suvarma kanalları, 398,0 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 54 ədəd, kollektor – drenlərdə 51 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.  
Rayonda   14 min 500 hektardan yuxarı   əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar  Kür çayından Xol zonasına 24,9 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə  layihəsinin tikintisinə 2006-cı ildə başlanmışdır. 2016-cı ildə kanalın tikintisi üçün ümumilikdə 14 milyon 818 min manat vəsait ayrılmışdır.  Hal- hazırda tikinti işləri qrafikə uyğun davam etdirilir.
Aqrar sahənin daha da inkişafı üçün ixtisaslaşmış toxumçuluq təsərrüfatlarının yaradılması, dəmyə torpaq sahələrinin su təchizatının həll edilməsi, kollektor-drenaj şəbəkəsinin təmizlənməsi, torpaqların keyfiyyətinin yoxlanılması, kartoqramların tətbiq edilməsi, zəhərli kimyəvi maddələrin təsirlilik gücünün artırılması, pestisidlərin satışının təşkili üşün satış məntəqələrinin, suvarmada pivot sisteminin tətbiq edilməsi istiqamətində işlər aparılmalıdır.
Rayon İcra Hakimiyyəti 2016-cı ilin 9 ayında  rayon ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir. 
2016 – cı  ilin 9 ayında  rayon ərazisində  tikinti  işlərində  əsas  kapitala  yönəldilmiş investistiyanın ümumi həcmi   40 milyon 859,0 min  manat  təşkil  etmişdir.  O cümlədən,  tikinti  quraşdırma  işlərinin  həcmi  34 milyon 70,5  min  manat  yerinə  yetirilmişdir. Ötən ilin eyni dörü ilə müqayisədə investisiya qoyuluşu 4,7 dəfə, tikinti quraşdırma işləri 4,2 dəfə artmışdır.
Azərbaycan Respublikası Prezidentinin  “Neftçala  Sənaye  Məhəlləsinin  yaradılması haqqında”  02 fevral  2015-ci il tarixli 1011 nömrəli  Sərəncamına,  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  06 aprel  2015-ci il  tarixli 84s  nömrəli  Sərəncamına  əsasən Neftçala  şəhərində  Dövlət  Fondu  ərazisindən  10 (on) hektar torpaq sahəsi “Azərbaycan  İnvestisiya  Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə  icarə vermək hüquqi ilə daimi istifadəyə ayrılmış  torpaq  sahəsində tikinti  işlərinin tamamlanması istiqamətində işlər davam etdirilir. Neftçala  Sənaye  Məhəlləsinində  Azərbaycan Respublikasının “Azevrocar”MMC şirkətinin İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə  avtomobil zavodunun tikintisinin təməli qoyulmuşdur. 
Uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunda tikinti işləri uğurla aparılmış, yolda nəzərdə tutulan 76 ədəd su ötürücü borulardan 33 su ötürücü boru tikilmiş, 36 km hissəsində yararsız qurunt torpaq çıxarılaraq yenisi ilə əvəz olunmuş, 7,0 km hissəsində torpaq yatağının təmiri başa çatdırılmışdır.
      2016-cı ilin 9 ayında 24200 ədəd  ağac və gül kolları əkilmiş, Kənd Təsərrüfatı Nazirliyinin “İnzibati Labaratoriya” binası istifadəyə verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Neftçala filialının tikintsi sona çatdırılmışdır. Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində şəhərin mərkəzi hissəsində yerləşən uzunluğu 3,7 km və sahəsi 34 hektar olan “Axmaz gölün” təmizlənməsi və dərinləşdirilməsi işləri aparılmışdır. Neftçala şəhərinin giriş lövhəsi tikilmişdir. Çoxmərtəbəli yaşayış binaların fasad hissələrinin təmiri, bir çoxmərtəbəli yaşayış binasının dam örtüyünün əsaslı təmiri, iki mini futbol meydançasının tikintisi və quraşdırılması işləri aparılmışdır. Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri aparılaraq, 17286,0 kv.metr asfalt örtük döşənmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 nəfər Qarabağ əlili və Şəhid ailələri üçün fərdi evlərin tikintisində son tamamlama işləri aparılır. Həsənabad və Xıllı qəsəbə 1 saylı tam orta məktəblərinin dam örtükləri təmir olunmuşdur.   
Səhiyyə Nazirliyi tərəfindən 2013-cü ilin avqust ayından Neftçala Mərkəzi Rayon Xəstəxanasında əsaslı təmiri işlərinə başlanılmış və hal-hazırda davam etdirilir. 
Neftçala şəhəri M.Ə.Sabir küçəsində Neftçala avtovağzalının tikintisinə başlanılmış və hal-hazırda tikinti işləri davam etdirilir.
İnfrastrukturun inkişafı sahəsində görülən işləri davam etdirərək elektrik enerjisi, su-kanalizasiya təchizatı sisteminin yaxşılaşdırılması işlərinin və Olimpiya- İdman Kompleksinin tikintisinin sürətləndirilməsi,  avtomobil yollarının tikintisinin, yaşayış məntəqələri üzrə 100% təbii qazlaşmanın həlli istiqamətində aparılan işlərin davam etdirilməsi yəni, rayonun 52 yaşayış məntəqəsindən 21 yaşayış məntəqəsinin təbii qazla təmin olunması, Həsənabad  qəsəbəsinin Mirqurbanlı yaşayış hissəsinin, Astanlı kəndinin qaz təchizatı sisteminin bərpası, yük daşımalarla əlaqədar rayon ərazisində mövcud olan “Azərbaycan Dəmir Yolları ” QSC-nin balansındakı dəmir yolu stansiyasının və qəzalı vəziyyətdə olan dəmir yolu xətlərinin bərpası və əsaslı təmirinin həyata keçirilməsi, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün evlərin tikintisi, məktəblərin tikintisi və əsaslı təmiri, əhalinin məşğulluğunun artırılması üçün yeni iş yerlərinin yaradılması üçün emal və istehsal müəssisələrinin yaradılması istiqamətində  işlər diqqətdə saxlanılır.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi və humanitar məsələlər diqqət mərkəzində saxlanılmış, bu sahədə bir çox tədbirlər həyata keçirilmişdir.
Cari ilin doqquz ayı ərzində rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu ilin iyun ayında rayonun ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri üçün attestasiya imtahanı keçirilmiş, rayon üzrə IX sinfi 789 nəfər, XI sinfi isə 659 nəfər şagird bitirmişdir.
2015-2016-cı tədris ilində 659 məzundan 301 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 222 nəfəri ali məktəblərə qəbul olmuşlar. Tələbə adını qazananlardan 38 nəfəri 500-700 bal toplamışdır ki, bunların da 16 nəfəri 600-dən yuxarı bal yığanlardır. 
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Qədimkənd kənd tam orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində rayonumuzu təmsil etmişdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində şagirdlər üçün respublikanın gəzməli-görməli yerlərinə turlar təşkil olunmuş, həmin turlarda Neftçala rayonundan olan məktəblilər də iştirak etmiş,  rayon məktəblərindən seçilmiş 40 nəfər fəal şagird martın 16-dan 19-dək  Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına ekskursiya etmiş, onlar həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar. Şagirdlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, onlar belə bir layihənin təşkilinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.  
   Hesabat dövründə rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin və tibb personalının iş şəraitinin daha da yaxşılaşdırılması,eləcə də səhiyyə müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən fevral ayından rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış, bu məqsədlə 3-ü səyyar olmaqla 5 həkim briqadası yaradılmış, tərtib edilmiş qrafikə əsasən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Ümumilikdə rayon üzrə  72293 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunun da 11374 nəfərini 0-18 yaşda olan əhali kontingenti təşkil edir. Müayinələr nəticəsində 24 nəfər ilkin şəkərli diabetli, 3 nəfər diffuz toksiki zoblu xəstə aşkar edilmiş, 2865 nəfər ambulator, 77 nəfər stasionar müalicələrə cəlb olunmuş, 52 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə almaq üçün göndərilmişdir.  
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci iilər üçün Strategiya"nın icrasını təmin etmək məqsədilə rayon ərazisində qeyri-infeksion xəstəliklərin risk amillərinin azaldılması üçün səmərəli işlərin həyata keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilmiş, aidiyyəti təşkilatlarla birgə həmin tədbirlərin icrası nəzərdə tutulmuşdur.
Mərkəzi Rayon Xəstəxanasının maddi-texniki bazasının yüksəldilməsi, personalın iş şəraitinin  və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hazırda xəstəxanada əsaslı təmir işləri davam etdirilir.  
Hesabat dövründə rayonda mədəni-xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş və bir sıra mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur. Ötən dövr ərzində  20 yanvar, 26 fevral Xocalı faciələrinə və 31 Mart Azərbaycanlıların soyqırımına həsr edilmiş anım mərasimləri keçirilmiş, onların xatirələri rayon əhalisi tərəfindən dərin ehtiramla yad edilmişdir. Bundan başqa 8 Mart Beynəlxalq qadınlar günü, faşizm üzərində qələbənin 71 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü, Respublika və Milli Qurtuluş günləri münasibəti ilə ümumrayon bayram şənlikləri də təşkil edilmiş, mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlər, eləcə də görkəmli şəxslərin yubilyləri ilə əlaqədar tədbirlər keçirilmişdir. "Kitabi-Dədə Qorqud"un Alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin  qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayonun Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti nümayəndələrinin, respublikanın tanınmış ədəbiyyatşünaslarının və şair-publisistlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yubiley gecəsi keçirilmiş və tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, mövcud olan idman obyektlərindən səmərəli istifadə edilməsi məqsədilə rayonda müxtəlif idman növləri üzrə təşkil edilmiş bölmələr fəaliyyətini davam etdirmiş və yarışlar keçirilmişdir.
Hesabat dövründə rayonda ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələləri də diqqət mərkəzində saxlanılmış, rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirakı ilə iməciliklər təşkil olunmuşdur. İməciliklər zamanı şəhərin ayrı-ayrı küçə və meydanlarında, məhəllələrdə təmizlik və yaşıllaşdırma işləri aparılmış, minlərlə müxtəlif növ ağac və gül kolları əkilərək, onlara qulluq göstərilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu yaxınlarda IDEA İctimai Birliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayının deltasında “Təmiz Kür” adlı təmizlik aksiyası keçirilmiş, aksiyada IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü, yerli gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Kür çayının sahilləri müxtəlif məişət tullantılarından və yararsız balıqçılıq torlarından təmizlənilmiş, həmçinin çayın tullantılarla çirkləndirilməsinin və zərərli balıqçılıq alətlərindən istifadənin Kür çayının və Xəzərin faunasına vurduğu ziyanlar barədə yerli sakinlərlə maarifləndirici söhbətlər aparılmışdır.
  Ötən müddət ərzində rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə  də diqqət yetirilmiş, partiyalar və qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmışdır. Hazırda rayonumuzda 13 siyasi partiya, 18 qeyri-hökümət təşkilatı fəaliyyət göstərir.
Bu ilin sentyabr ayının 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı keçirilmiş Ümumxalq səsverməsində rayon seçiciləri aktivlik nümayiş etdirmiş, referendum şəffaf və demokratik prinsiplərə uyğun olaraq baş tutmuşdur. Səsvermədə iştirak edən 74,4 % neftçalalı seçicilər Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə öz münasibətlərini bildirmişlər.
Hesabat dövründə Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, əlil qadınlar və digər kateqoriyadan olan insanlar diqqət və qayğıdan kənar qalmamışlar. Milli və dini bayramlar ərəfəsində onların ailələrinə baş çəkilmiş, bayram sovqatları  paylanılmış və aztəminatlı ailələr üçün üçün bayram süfrələri təşkil edilmişdir.
    Bu ilin aprel ayında bədnam qonşumuz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş növbəti təxribatın qarşısı alınan zaman ordumuzun əsgər və zabitləri böyük şücaət göstərmiş və bir neçə strateji yüksəkliklər və ərazilərimizin bir hissəsi geri qaytarılmışdır. Həmin gərgin dövrlərdə heç bir qüvvə nə mülki vətəndaşlarımızın, nə də Silahlı Qüvvələrimizin qələbə əzmini qıra bilməmiş, ölkə vətəndaşları əsl milli həmrəylik nümayiş etdirərək hər an, hər şeyə hazır olduqlarını bildirmişlər. Bu döyüşlərdə rayonumuz da iki qəhrəman övladını itirmiş, onlar doğulduqları torpaqda dəfn edilərək, müqəddəs ruhları böyük hörmət və ehtiramla yad edilmişdir. Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən hər iki şəhidimizin göstərdikləri qəhrəmanlıq yüksək qiymətləndirilmiş, mayor Samid Gülağa oğlu İmanov "Azərbaycanın Milli Qəhrəmanı", gizir Elimdar Səlimxan oğlu Səfərov isə "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı"  fəxri adları ilə mükafatlandırılmışdır.
  Hesabat dövründə rayonda dini durum da daim nəzarətdə saxlanılmış, din xadimləri ilə müntəzəm əlaqələr zamanı "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət olunması onlara tövsiyə olunmuşdur. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq rayonda multikulturalizm ənənələrinin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi və geniş təbliği ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanmış, "Multikulturalizm ili" çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.  Həyata keçirilən tədbirlərdə ölkədə aparılan dövlət və din münasibətləri, Azərbaycanın multikultural dəyərləri geniş təbliğ olunmuş, dini sabitliyin qorunması, dini radikal və eksterimist təfəkkürün yayılmasının qarşısının alınması xüsusi olaraq vurğulanmış, gənclərin sağlam təlim-tərbiyəsinin, onlarda vətənə, dövlətə sədaqət hisslərinin gücləndirilməsi fikirləri ifadə olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2016-cı ilin doqquz ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 2016-cı ilin doqquz ayında 268 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur.
2016-cı ilin doqquz ayında  Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 83 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 95,4 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı  ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin doqquz ayında 17 cinayət faktı çox olmuşdur.
2016-cı ilin 9 ayında Rayon İcra Hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə  yerli icra orqanları ilə öz işini əlaqədə qurmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2016-cı ilin 9 ayında İcra Hakimiyyəti başçısı tərəfindən 32 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 3185 nəfər iştirak etmişdir.
2016-cı ilin doqquz ayında   Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 498 müraciət daxil olmuşdur ki, bundan 428 müraciət ərizə, 70 müraciət şikayət xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 487 müraciət nəzarətə alınmadan, 11 müraciət nəzarət qaydasında araşdırılmışdır.
2016-ci ilin doqquz ayında  Rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərdən 180 müraciət 11 müraciət nəzarət qaydasında olmaqla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuşdur ki, bu müraciətlərdən  146 müraciət ərizə, 34 müraciət isə şikayət xarakterli olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisindən 16 ərizə, 2 şikayət olmaqla 18 müraciət, respublikanın digər təşkilatlarında 36 ərizə, 15 şikayət olmaqla  51 müraciət, vətəndaşlar tərəfindən bilavasitə Rayon İcra Hakimiyyətinə ünvanlanmış 225 ərizə, 19 şikayət  olmaqla 244 müraciət  qeydə alınmışdır.
2016-cı ilin doqquz ayında   Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərdən 29 müraciət kollektiv, 46 müraciət təkrar xarakterli olmuşdur.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.

Keçidlər