Neftçala rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd edilmişdir
4 oktyabr 2012-ci il tarixdə Neftçala şəhərindəki “Bakı” şadlıq sarayında Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev müəllimləri bu əlamətdar gün münasibətilə təbrik etmiş, ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolundan danışmışdır. Qeyd etmişdir ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsil sistemi özünün mütərəqqi yeniliklərlə müşayiət olunan mərhələsinə qədəm qoymuşdur.
Sonra rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov çıxış edərək rayonda təhsil sahəsində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının müvafiq Sərəncamına əsasən Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov “Tərəqqi” medalı ilə təltif edilmişdir, şəhər 4 saylı tam orta məktəbin direktoru Gülnaz Mehdiyeva Təhsil Nazirliyinin əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşdür.
2011-2012-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin attestat alan 585 məzundan 332 nəfəri rayon Tələbə Qəbulu Komissiyasına sənəd vermişdir. Onlardan 163 nəfəri tələbə adını qazanmışdır. 36 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdur.
Tədbir bayram süfrəsi arxasında, konsert proqramı ilə davam etmişdir. Sonda bir qrup qabaqcıl təhsil işçisinə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları təqdim olunmuşdur.