Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Ulu Öndərin əziz xatirəsi yad edildi

11 may 2016 | 10:05

Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Neftçala rayonunda tədbir keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri, öndə Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev olmaqla rayonun mərkəzi meydanına gələrək Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, abidənin önünə təzə gül dəstələri düzərək, Ümummilli liderə olan öz hörmət və ehtiramlarını, ümumxalq məhəbbətini nümayiş etdirmişlər. Meydana toplaşan rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar, və sadə neftçalalılar  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi hörmətlə anaraq abidəsi önündən sayğı ilə keçmişlər. Daha sonra, rayon rəhbərliyi mərkəzləşdirilmiş kitabxana sisteminin önünə gələrək orada Ümummilli liderin anadan olmasının 93-cü ildönümü ilə bağlı təşkil olunmuş sərginin eksponatları ilə tanış olmuşlar.

Keçidlər