Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində Qələbənin 71-ci ildönümü qeyd olundu

10 may 2016 | 09:05

1941-1945-ci illər müharibəsində qələbənin 71-ci ildönümünə həsr olunmuş umumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu.

Mərasimdə əvvəlcə dövlət himni səsləndirildi. Daha sonra, Böyük Vətən müharibəsi və Qarabağ uğrunda müharibədə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev çıxış edərək bildirdi ki, Böyük Vətən müharibəsində Azərbaycandan 660 mindən artıq insan iştirak etmiş, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı mübarizə yolu keçmişlər. Bu müharibədə Neftçala rayonundan 3787 nəfər iştirak etmiş, onlardan 1302 nəfəri geri qayıtmamışdır. 251 nəfər döyüş hünərlərinə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuş, 3 nəfər isə Sovet  İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Çıxışının sonunda  o, veteranları və rayon ictimaiyyətini Qələbə Günü münasibətilə ürəkdən təbrik etdi, Daha sonra  tədbir iştirakçıları 1941-45-ci illərdə faşizm üzərində qələbənin əldə edilməsində  soydaşlarımızın danılmaz rolundan danışdılar. Müharibə veteranları isə öz şərəfli həyat yollarından danışıb, xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Sonda, veteranlar və tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.

Keçidlər