Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbəsində səyyar qəbul-görüşü keçirilmişdir

14 aprel 2016 | 09:04

13 aprel 2016-cı il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Neftçala Rayonu İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Xıllı qəsəbəsində keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək kənd sakinlərini salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar ilk öncə son illərdə respublikamızda, rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhalinin daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsinə, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi  ilə həyata keçirilən uğurlu tədbirlərə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Həmçinin kənd sakinlərindən Məmmədova Nazilə Hüseynağa qızı Xıllı qəsəbə uşaq bağçası körpələr evinin əsaslı təmir olunmasına, Bayramov Seymur Ədalət oğlu Sosial yardım almasına, Həziyeva Kəmalə Dadaş qızı evinin köhnə olması ilə əlaqədar yenisinin tikilməsinə köməklik göstərilməsini xahiş etdilər.

Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər