Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir

07 aprel 2016 | 09:04

06 aprel 2016-cı il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Neftçala Rayonu İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Bankə qəsəbəsində keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1456 təsərrüfat, 7762 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 2 tam orta məktəb, 1 həkim ambulatoriyası, 1 Mədəniyyət evi, 2 kitabxana, poçtampt və rabitə qovşağı fəaliyyət göstərir. 

Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Bankə qəsəbə  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 2,1 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, 5 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində bələdiyyə tərəfindən park salınmış,həkim amubatoriyasında təmir işləri aparılmış, “Modul” tipli su durulducu qurğu tikilərək əhalinin istifadəsinə verilmişdir.Uzun illərdən bəri təbii qaz olan Bankə qəsəbə əhalisi fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla  təmin olunur.

Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək kənd sakinlərini salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar ilk öncə son illərdə respublikamızda, rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhalinin daim dövlət qayğısını hiss etdiklərini qeyd etmiş, əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də davam etdirilməsinə, kəndin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təminatına, həmçinin dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi  ilə həyata keçirilən uğurlu tədbirlərə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Həmçinin kənd sakinlərindən Hüseynov Orucəli Burcəli oğlu Bankə qəsəbə 1 və 2 saylı tam orta məktəblərin əsaslı təmir olunmasına , Talıbov Əliməmməd Məmmədəli oğlu Bankə qəsəbəsində dini mərasim zalının tikilməsində köməklik göstərilməsini xahiş etdilər.

Görüş zamanı rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Bankə qəsəbə əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən  7 vətəndaşdan  4  müraciətinin icrası  ilə bağlı yerindəcə göstəriş verildi, digər problemlərinin həlli müəyyən vaxt tələb etdiyi üçün icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.

Keçidlər