Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala ictimaiyyəti Ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirləri dəstəkləyirlər.

06 aprel 2016 | 08:04

03 aprel 2016-cı il  tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında olkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev cənablarının  Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatları ilə bağlı ordumuzun həyata keçirdiyi cavab tədbirləri barədə söylədiyi məlumatlar Neftçala ictimaiyyətində böyük ruh yüksəkliyi yaratmışdır.Bu məqsədlə rayon ictimaiyyəti aprelin 05-də Heydər Əliyev Mərkəzində ölkə rəhbərinə dəstək tədbiri keçirmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun  idarə, müəssisə və təşkilat rəhbərləri,şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ağsaqqallar, gənclər və rayon  ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə şəhid olmuş bütün Azərbaycan oğullarının və  02 apreldə Tərtər rayonu istiqamətində gedən şiddətli döyüşlərdə həlak olmuş Neftçala rayon Aşağı Qaramanlı kənd sakini, gizir Səlimov Elmdar Səlimxan oğlunun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev  çıxış edərək bildirdi ki, mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən işğal altında olan torpaqlarımızdan yaşayış məntəqələrimiz və birbaşa dinc əhalimiz atəşə məruz qalır.Ermənilərin son təxribatları zamanı isə bir neçə dinc sakinimiz həlak olmuş və yaralanmışdır. Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatı idi.Ordumuz bu təxribatların qarşısını qəhramancasına alaraq düşmənə sarsıdıcı zərbələr vurdu, hərbi texnika və avadanlıqlarını sıradan çıxardı.Çoxlu sayda erməni əsgərləri məhv edildi və  bir neçə yaşayış məntəqəsi, həmçinin strateji  yüksəkliklər ordumuz tərəfindən azad olundu.
Bütün bu hadisələrlə bağlı 03 aprel 2016-cı il  tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında olkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev cənabları ictimaiyyətə geniş məlumat verərək bildirdi ki, “Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.”
İ. Vəliyev  bildirdi ki, biz Neftçalalılar da Ölkə Prezidentimizin bu fikirlərinə dəstək olaraq istənilən zaman torpaqlarımızı azad etmək üçün Ali Baş komandanımızın əmrini gözləyirik.
Neftçalalılar bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu qələbələr münasibətilə təbrik edərək əmin etdilər ki, hər an Ali Baş Komandanın əmrində hazırdırlar.

Keçidlər