Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalalılar daha bir şəhidini dəfn etdi

10 aprel 2016 | 08:04

02 aprel 2016-cı il tarixdə  Tərtər  uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor İmanov Samid Gülağa oğlu bu gün böyüyüb boya-başa çatdığı Neftçala rayonunda torpağa tapşırıldı.

Dəfn mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev  vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi və bildirdi ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların qisası  güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır.Şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
    

    

Keçidlər