Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada soyqırım qurbanlarının xatirəsi yad olunub

01 aprel 2016 | 09:04

Neftçalada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü “Şəhidlər xatirə” kompleksində anım mərasimi ilə qeyd olunub.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri kompleksin önünə gül dəstələri qoyaraq, şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra mərasim iştirakçıları uzun illərdən bəri erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərini əks etdirən rəsm əsərləri və əl işləri ilə tanış olublar.

Qeyd olunub ki, erməni faşistlərinin törətdikləri soyqırımı aktları təkcə miqyasına və coğrafiyasına görə deyil, kütləviliyinə və mahiyyətinə görə də insanlığa sığmayan bəşəri cinayətdir. Bildirilib ki, 1918-ci ilin mart ayında daşnaklar təkcə paytaxt Bakıda deyil, bölgələrdə, o cümlədən Neftçalada da talanlar, qırğınlar törədib.
Mərasimdə Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsində Azərbaycan Prezidentinin davamlı fəaliyyəti xüsusi vurğulanıb.
Tədbir məktəblilərin hazırladıqları ədəbi bədii kompozisiya ilə davam edib.

Keçidlər