Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Dədə Qorqud bayramı

04 fevral 2016 | 09:02

Bütün xalqların yazılı ədəbiyyatlarının kökündə şifahi xalq ədəbiyyatı dayanır. Hələ yazının mövcud olmadığı ən qədim zamanlarda şifahi xalq ədəbiyyatının mükəmməl nümunələri — nağıllar, dastanlar, rəvayətlər... meydana gəlmişdir.

Hər bir rəvayətin, əfsanənin, əsatirin zəminində isə müt-ləq şəkildə real həqiqətlər, hadisələr durur.

Bəşər sivilizasiyasının ən qədim ədəbi nümunələ-rindən biri də xalqımıza məxsus olan Dədə Qorqud dastanlarıdır. Bu dastanlar hələ islam, xaçpərəstlik, atəşpərəstlik, bütpərəstlik kimi dinlərin meydana gəldiyi zamanlardan çox qədim bir dövrü özündə əks etdirir. “Kitabi-Dədə Qorqud”un qonşu türk dilli xalqlarda müxtəlif variantlarının olmasına baxmayaraq dastanda baş verən hadisələr məhz Azərbaycan ərazisində, bizim coğrafi adlar olan yerlərdə cərəyan edir: Dəmir qapı Dərvənd (Dərbənd), Şəril (Şərur) və s. Təxminən Qobustan qayaüstü rəsmləri ilə yaşıd olan bu dastanların tarixi bizim eradan əvvəl VI-VII minilliklərə gedib çıxır. İlk dəfə XI-XIII əsrlərdə qələmə alınan “Kitabi-Dədə Qorqud”un yazılı nüsxələri Drezden və Vatikan kitabxanalarında saxlanmaqdadır. Dədə Qorqud dastanları ölkəmizdə ötən əsrin 30-cu illərindən tədqiq olunmağa başlasa da, bu abidənin ciddi şəkildə təbliği məhz ümummilli liderimiz Heydər Əliyevin böyük qayğısı və diqqəti ilə bağlıdır. Məhz bu böyük insanın sərəncamı ilə 1997-ci ildə “Kitabi Dədə  Qorqud”un 130 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunmuşdur. Bütün xalqların yazılı ədəbiyyatlarının kökündə şifahi xalq ədəbiyyatı dayanır. Hələ yazının mövcud olmadığı ən qədim zamanlarda şifahi xalq ədəbiyyatının mükəmməl nümunələri — nağıllar, dastanlar, rəvayət-lər... meydana gəlmişdir. Hər bir rəvayətin, əfsanənin, əsatirin zəminində isə müt-ləq şəkildə real həqiqətlər, hadisələr durur.

Bəşər sivilizasiyasının ən qədim ədəbi nümunələrindən biri də xalqımıza məxsus olan Dədə Qorqud dastanlarıdır. Bu dastanlar hələ islam, xaçpərəstlik, atəşpərəstlik, bütpərəstlik kimi dinlərin meydana gəldi-yi zamanlardan çox qədim bir dövrü özündə əks etdirir. “Kitabi-Dədə Qorqud”un qonşu türk dilli xalqlarda müxtəlif variantlarının olmasına baxmayaraq dastanda baş verən hadisələr məhz Azərbaycan ərazisində, bizim coğrafi adlar olan yerlərdə cərəyan edir: Dəmir qapı Dərvənd (Dərbənd), Şəril (Şərur) və s. Təxminən Qobustan qayaüstü rəsmləri ilə yaşıd olan bu dastanların tarixi bizim eradan əvvəl VI-VII minilliklərə gedib çıxır. İlk dəfə XI-XIII əsrlərdə qələmə alınan “Kitabi-Dədə Qorqud”un yazılı nüsxələri Drezden və Vatikan kitabxanalarında saxlanmaqdadır. Dədə Qorqud dastanları ölkəmizdə ötən əsrin 30-cu illərindən tədqiq olunmağa başlasa da, bu abidənin ciddi şəkildə təbliği məhz ümummilli liderimiz Heydər Əliyevin böyük qayğısı və diqqəti ilə bağlıdır. Məhz bu böyük insanın sərəncamı ilə 1997-ci ildə “Kitabi Dədə  Qorqud”un 130 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunmuşdur.

“Dədə Qorqud” dastanlarının varlığı haqqında elm aləminə ilk məlumatı 1815-ci ildə görkəmli alman şərqşünası Fridrix Fon Dist vermişdir. O, Drezden kitabxanasında olan nüsxəni tədqiq etmiş, böyük heyranlıqla bu nüsxənin bir parçasını alman dilinə tərcümə etmiş və çap etdirmişdir. Əslində bu çox böyük bir ədəbi hadisə idi. Həmin tarixin əhəmiyyətini yüksək qiymətləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev məhz “Dədə Qorqud”un dünya meydanında tanınmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalamışdır.

Möhtərəm Prezidentimizin sərəncamına uyğun olaraq 03 fevral 2016-cı il tarixdə  rayonumuzda “Kitabi Dədə Qorqud, Fridrix Fon Dist— 200” adlı möhtəşəm yubiley tədbiri keçirilmişdir. Rayonumuzdakı Heydər Əliyev Mərkəzinin işıqlı salonunda keçirilən bayram tədbirinə Bakıdan qonaqlar dəvət olunmuş, bütün rayon rəhbərliyi, idarə və müəssisələrin, geniş ictimaiyyətin nümayəndələri, məktəb kollektivləri toplaşmışdı.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Gültəkin  xanım  Sadıqova açaraq qonaqları və bütün tədbir iştirakçılarını Dədə Qorqud bayramı münasibəti ilə ürəkdən təbrik etdi və sözü Heydər Əliyev Mərkəzinin direktoru Ruhəngiz xanım Nəcəfovaya verdi. Güclü natiqlik, təşkilatçılıq və aparıcılıq qabiliyyətinə malik olan Ruhəngiz xanım Dədə Qorqud dastanlarının xalqımızın tarixində, mədəniyyətində və dünya miqyasında yeri, mövqeyi və tədqiqat xronologiyası haqqında geniş məlumat verdi. Daha sonra “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” mövzusunda geniş sənədli film nümayiş etdirildi. Diqqətlə izlənilən film hamının böyük marağına səbəb oldu. Səhnədə yubiley tədbirinin baş qəhrəmanı — Dədə Qorqudun görünməsi alqış-lara səbəb oldu. Ağ saçlı ozan öz hikmətli kəlamları, öyüd və nəsihətləri ilə hamını riqqətə gətirdi. “Qavaldaş” adlı videoçarxın nümayişindən sonra məktəblilərdən ibarət rəqs qrupu öz milli rəqsini təqdim etdi.“Dədə Qorqud” dastanlarının ilk tədqiqatçısı Fridrix Fon Distin canlı obrazı da tamaşaçılara olduqca maraqlı göründü. Heydər Əliyev Mərkəzinin həvəskar aktyorları ilə  məktəblilərin birgə hazırladıqları “Banuçiçək və Bamsı Beyrək”, “Ana və oğul”  səhnəcikləri  də  salondakıların hərarətli alqışlarına səbəb oldu.

Növbəti  mərhələdə aparıcı  sözü qonaqlara verdi. Tanınmış şair, Əməkdar müəllim, həmyerlimiz Oqtay Rzanın maraqlı çıxışı, söylədiyi şeirlər, xüsusilə 82 yaşlı ağsaqqal söz ustasının heyrətamiz yaddaşı hamını heyrətləndirdi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun dərin məzmunlu çıxışı yəqin ki, yaddaşlarda  uzun  müddət  qalacaq.
Şair-publisist, saz və söz ustası hacı Loğman Qorqudun söylədiyi şeirlər, səsləndirdiyi saz havaları alqışlara səbəb oldu.
İki saatdan artıq davam edən Dədə Qorqud yubileybayramı təntənəli alqış sədaları altında yekunlaşdı. Hamı böyük sevinc və qürur içində bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, rayon rəhbərliyinə, gözəl tədbirin təşkilatçılarına öz məhəbbət və ehtiramlarını bildirdi. Bütün yubiley tədbiri axıra kimi vidiolentlərə alındı, xatirə fotoşəkilləri çəkildi.

Keçidlər