Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr – “Bilik günü” münasibətilə tədbirlər təşkil olunub

15 sentyabr 2025 | 17:07

Neftçala rayonunun ümumtəhsil məktəblərində 15 sentyabr – “Bilik günü” münasibətilə tədbirlər təşkil olunub.
“Bilik günü” ilə bağlı təşkil olunan tədbirlər Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Çıxış edən natiqlər pedaqoji kollektivləri və bütün təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, qarşıdakı tədris mövsümündə uğurlar arzulayıblar. Vurğulanıb ki, ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.  Son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin  Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Qeyd olunub ki, son illərdə dövlətin təhsilə göstərdiyi xüsusi diqqət nəticəsində müasir standartlara cavab verən yeni məktəb binaları inşa edilir, mövcud təhsil müəssisələri əsaslı şəkildə təmir olunur, maddi-texniki baza möhkəmləndirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr xüsusilə təhsilin inkişafına mühüm töhfə verir. Bunların nəticəsi olaraq, son illərdə rayonumuzun təhsil göstəricilərinin daha da yüksəlməsi, rayon məktəblilərinin Respublika fənn olimpiadalarında, idman yarışlarında, ali təhsil müəssislərinə qəbulunda və digər müsabiqələrdə yüksək nəticələr göstərməsi, xüsusilə bu il qəbul imtahanlarında I ixtisas qrupu üzrə 2 nəfər məzunumuzun maksimum 400 bal toplaması, eyni zamanda I ixtisas qrupunda respublika üzrə ən yüksək göstəricinin əldə olunmasıdır.   
Tədbirlərdə bildirilib ki, bütün bu qayğı və diqqət müəllimlərin səmərəli və məsuliyyətli fəaliyyətinin daha da artırılmasına, şagirdlərin isə savadlı, bilikli və vətənpərvər gənclər kimi yetişməsinə xidmət edir.
"Bilik günü" münasibətilə bütün təhsil işçilərini, tələbə və şagirdləri ürəkdən təbrik edir, onlara təhsil həyatında uğurlar və gələcək işlərində yüksək nailiyyətlər arzulayırıq.

Keçidlər