Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada daha 5 kəndin qazlaşdırılması başa çatıb

29 oktyabr 2015 | 01:10

Neftçalanın Ramazanlı, Tatarməhlə, Qazax bərəsi, Xanməmmədli və Abbasallı kəndlərinin qazlaşdırılması başa çatıb. Ramazanlı və Tatarməhlə kəndlərinin hər birində 100, Qazax bərəsidə 95, Xanməmmədlidə 90, Abasallıda isə 151 sayğac və tənzimləyici quraşdırılıb.

Təbii qazın verilməsi münasibətilə Abbasallı kəndində keçirilən mərasimdə rayonda reallaşdırılan sosialyönümlü layihələrdən danışılıb. Çıxış edənlər kənd və qəsəbələrin qazlaşdırılmasını dövlətin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi səciyyələndiriblər. Qeyd olunub ki, hazırda rayonun daha 5 kəndində qazlaşdırma aparılır. Bu kəndlərə də ilin sonunadək “mavi yanacaq” veriləcək.

Bütün bunları dövlətin onlara qayğısı kimi dəyərləndirən sakinlər Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər