Neftçala rayonunda "sahibkarlığın güzəştli kreditləşdirilməsi" məsələlərinə dair işgüzar forum keçirildi.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda 68 sahibkara 12,6 milyon manat güzəştli kredit verilib.İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Neftçala Sənaye Məhəlləsində sahibkarların müvafiq investisiya layihələrinin həyata keçirilməsi təşviq olunub, sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin məşğulluğunun artırılması məqsədi ilə layihələrdən də söz açılıb.
Tədbir zamanı balıq yemi, nasos və avtoqoşqu istehsalı üzrə fəaliyyət göstərən iki sahibkarlıq subyektinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən qeydiyyat şəhadətnaməsi təqdim edilib.
İşgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 68 sahibkara 12,6 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Neftçala Sənaye Məhəlləsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.