Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Naziri Neftçalada vətəndaşları qəbul edib

31 oktyabr 2015 | 01:10

Oktyabrın 30-da Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Neftçala şəhərində Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 75, digər məsələlərlə bağlı müraciət etmiş 66 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Keçidlər