Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalanın Aşağı Qaramanlı kəndinə təbii qaz verilib

18 oktyabr 2015 | 02:10

Neftçalanın iki min nəfərə yaxın əhalinin yaşadığı Aşağı Qaramanlı kəndi təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına qoşulub. Kəndin qazlaşdırılması üçün 4,7 kilometrlik polietilen, 26,4 kilometrlik metal borularla daşıyıcı və məhəllədaxili paylayıcı qaz xətləri çəkilib. 583 sayğac, bir o qədər də fərdi tənzimləyici quraşdırılıb. Birpilləli sistem əsasında qurulan qaz təsərrüfatı əhaliyə sabit orta təzyiqdə təbii qaz verilməsinə imkan yaradır.

Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyi bildirilib. Qeyd olundu ki, ilin əvvəlindən bəri 9 iri yaşayış məntəqəsinə təbii qaz verilib. Bundan əlavə, daha 11 kənddə qazlaşdırma işləri aparılır. İlin sonuna kimi bu kəndlərə də “mavi yanacağ”ın verilməsi nəzərdə tutulub.

Kənd sakinləri, ağsaqqallar göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Sonda mərasim iştirakçıları evlərdə olub, “mavi yanacağ”ın verilməsinə baxış keçirilib.

Keçidlər