Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Kənd Təsərrüfatı Nazirliyinin ərazi inzibati laboratoriyası tikilir

24 oktyabr 2015 | 01:10

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Neftçalada ərazi inzibati laboratoriya binası inşa edilir. Şəhərin Heydər Əliyev prospektində tikilən binanın inşasına bu ilin əvvəlində başlanılıb və hazırda tikilidə son tamamlama işləri görülür. İkimərtəbəli binanın daxilinin ümumi sahəsi 405 kvadratmetrdir. Bina 25 iş otağından ibarətdir və burada işçilərin normal fəaliyyəti üçün bütün imkanlar yaradılır.

Milli memarlıq ənənələri ilə inşa edilən binanın həyətində abadlıq və yaşıllaşdırma işləri də aparılır.

Keçidlər