Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat Naziri Neftçalada vətəndaşları qəbul edib

24 oktyabr 2015 | 01:10

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də Neftçala rayonunun Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Salyan və Biləsuvardan olan 30-dək vətəndaşı qəbul edib.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Bəhrəmtəpə-Biləsuvar, Neftçala Mayak avtomobil yolunda cari təmir işlərinin aparılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Nazir Z.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər