15 İyun Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilmişdir.
15 iyun 2012 | 15:00
Respublikamızın hər yerində olduğu kimi 15 İyun Milli Qurtuluş günü rayonumuzda da geniş qeyd olunmuşdur. Rayonun idarə, müəssisə və təşkilatlarında qeyd olunan Milli Qurtuluş günü ümumrayon tədbiri ilə yekunlaşmışdır. Ümummilli lider H. Əliyevin abidəsi önünə rayon ictimaiyyətinin iştirakı ilə gül dəstələri qoyulduqdan sonra tədbir X. Məmmədov adına Mədəniyyət və İncəsənət sarayının qarşısında davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Milli Qurtuluş günü ilə əlaqədar geniş məruzə ilə çıxış etmiş və rayon ictimaiyyətini bu əlamətdar gün münasibəti ilə təbrik etmişdir. Daha sonra tədbir geniş konsert proqramı ilə davam etdirilmişdir.