61 saylı Neftçala seçki dairəsində 45 min 595 seçici qeydə alınıb
61 saylı Neftçala seçki dairəsində noyabrın 1-də Milli Məclisə keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir.
Dairə seçki komissiyasının sədri Şaiq Məmmədov bildirib ki, dairə üzrə 41 seçki məntəqəsində 45 min 595 seçici qeydə alınıb. Seçicilərin səsvermədə mütəşəkkil iştirak etməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb. Məntəqələrdə seçicilərin siyahısı asılıb, səsvermə kabinələri quraşdırılıb. Məntəqələr daşınan və daşınmaz qutularla, elektrik generatorları, rabitə sistemləri ilə təmin olunub. Hazırda namizədlərin qeydə alınması prosesi davam edir. Namizədliyi qeydə alınanların təbliğat və təşviqat aparmaları, eləcə də seçicilərlə görüş keçirmələri üçün açıq və qapalı yerlər də müəyyənləşdirilib. Bir sözlə, parlament seçkilərinin tam demokratik, azad və şəffaf keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılır.