Neftçaladakı yod zavodunda ildə 400 tona yaxın yod istehsal olunur
Neftçalada fəaliyyət göstərən “Azər-Yod” MMC-də ildə 400 tona yaxın yod istehsal olunur. Yodlu-bromlu su Azərbaycanda yalnız Neftçala rayonunun ərazisində mövcuddur. Hazırda rayonda istismara yararlı yodlu-bromlu su çıxarılan 110 quyu var ki, onlardan da 97-dən istifadə olunur. Gün ərzində isə bu quyulardan təqribən 25 min kubmetr yodlu-bromlu su hasil edilir. 800-2500 metr dərinlikdən çıxarılan yodlu-bromlu su 8 mərhələdən keçməklə kristal yod halına gətirilir. Satışa bu şəkildə çıxarılan yod sonradan təyinatı üzrə istifadə halına salınır. 26 min kubmetr yodlu-bromlu sudan isə 1 ton yod alınır.
Neftçaladakı bu zavod istehsal gücünə görə MDB ölkələri arasında 1-ci, dünyada isə 3 yerdədir. Zavodda ildə 400 tona yaxın yod istehsal olunur.