Neftçalanın Qədimkənd kəndinə təbii qazın verilməsi bərpa olunub
Dövlət başçısının tapşırığına əsasən, Neftçala rayonunun yaşayış məntəqələrinin qazlaşması davam edir. Bu ilinin əvvəlindən rayonun Kürqarabucaq , Birinci Qaralı və Aşağı Surra kəndlərinə təbii qaz verilib. Daha 14 yaşayış məntəqəsinin isə ilin sonuna kimi qazlaşması nəzərdə tutulur. Rayonun 1878 nəfərə yaxın əhalinin yaşadığı Qədimkənd kəndinə təbii qazın verilməsinə başlanılıb. 424 abonenti olan kəndin qazlaşması üçün bir pilləli sistem əsasında ümumi uzunluğu 21 min 329 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib, 424 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə “mavi yanacaq”ın verilməsi münasibəti ilə keçirilən mərasimdə çıxış edənlər sakinləri təbrik ediblər. Rayonda sosial yönümlü layihələrin uğurla yerinə yetirdiyi bildirilib, kənd və qəsəbələrin qazlaşdırılması bunun əyani nümunəsi kimi səciyyələndirilib. İlin əvvəlində rayonun Kürqarabucaq , Birinci Qaralı və Aşağı Surra kəndlərinə təbii qaz verilib. Aşağı Qaramanlı kəndində isə bu iş başa çatmaq üzrədir. Mərasimdə çıxış edən kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Rəmzi məşəl yandırıldıqdan sonra evlərə təbii qaz verilib.