Neftçala Rayonu İcra Hakimiyyəti başçısının 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir.
2015-ci ilin birinci yarısında rayonda ümumi məhsul istehsalının həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən 4,5 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 119,6 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon manat çoxdur. 2015-ci ilin birinci yarısında ümumi məhsulun tərkibində sənaye məhsulu 11 milyon 263,4 min manat və ya ümumi məhsulun 9,4 % -i qədər, kənd təsərrüfatı məhsulu 66 milyon 644,7 min manat və ya 55,7 %, nəqliyyat xidməti 907,6 min manat və ya 0,7 %, rabitə xidməti 321,3 min manat və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 35 milyon 964,9 min manat və ya 30,2 %, tikinti işlərinin həcmi 4 milyon 481,3 min manat və ya 3,7 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2014-cü ilin birinci yarısına nisbətən 12,1% artaraq 90,8%-ə çatmışdır. Adambaşına 1415,0 manatlıq və ya 2014-cü ilin müvafiq dövrünə nisbətən 3,4 % çox məhsul istehsal edilmişdir. 2015-ci ilin birinci yarısında rayonda 6 yeni müəssisə yaradılmış, 1 müəssisənin fəaliyyəti bərpa olunmuş, 294 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 50, fəaliyyəti bərpa olunmuş müəssisə hesabına 36, fiziki şəxslər üzrə 294, mövcud müəssisə və təşkilatlarda 13 yeni iş yeri olmaqla, cəmi 393 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 28 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1415 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.Hesabat dövründə rayonda fəaliyyət göstərən 13 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 11 milyon 263,4 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 82,3 % təşkil etmişdir. 2015-ci ilin birinci yarısında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 318,0 min ton yük, 3 milyon 801,0 min nəfər sərnişin daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 5,3 faiz, sərnişin daşınması isə 6,2 faiz artmışdır. Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 321,3 min manatlıq rabitə xidməti göstərilmişdir. Göstərilən rabitə xidmətlərinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artmışdır. Ümumi xidmətin 97,9 %-i bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 66 ədəd telefon aparatı düşür.Cari ilin birinci yarısında əhalinin nominal pul gəlirləri 27 milyon 418,0 min manat olmuş, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,6 % artaraq 325,6 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 252,4 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 82,5 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9,9 % artaraq 70,0 milyon manata, pullu xidmətlərin həcmi 9,1 % çoxalaraq 11,0 milyon manata, iaşə xidmətlərinin həcmi 7,1 % artaraq 1,5 milyon manata çatmışdır. 2015-ci il üçün rayonun yerli gəlirləri 5 milyon 382,0 min manat, xərcləri isə 16 milyon 423,0 min manat təsdiq olunmuşdur. 2015-ci ilin birinci yarısında büdcəyə 2 milyon 470,4 min manata qarşı 2 milyon 481,4 min manat vəsait daxil olmuş və ya 100,4 % icra olunmuş, yerli xərclər 7 milyon 853,3 min manata qarşı 6 milyon 666,1 min manat və ya 84,9 % icra olunmuşdur. 01 iyul 2015-ci il tarixə pensiya və müavinət alanların sayı 13382 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 955 ailə olmuş, 139 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.