Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderimiz heydər əliyevin hakimiyyətə gəlişinin 43 illiyi ilə əlaqədar tədbir

14 iyul 2012 | 15:00

1969-cu il 14 iyul xalqımızın böyük oğlu Ümummilli liderimiz H.Əliyevin adı ilə bağlı olaraq, yeni eranın başlanğıcı və dönüş nöqtəsi kimi müasir Azərbaycanın milli dövlətçilik tarixində şərəfli, müqəddəs səhifə tək özünü doğrultmuşdur. Məhz bu tarixi gün böyük dövlət xadimi Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması ilə son dərəcə qiymətli bir hadisə olaraq xalqımızın yaddaşında əbədiləşmişdir. Bu əlamətdar gün münasibətilə 14 iyul 2012-ci il tarixində rayonun “Heydər Əliyev Mərkəzi”ndə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişinin 43 illiyi ilə əlaqədar “H.Əliyev və Azərbaycan” adlı dəyirmi masa keçirildi. Tədbir rayon İcra başçısı və rayon ictimaiyyətinin Ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyulması ilə başladı və Mərkəzin geniş salonunda davam etdi. Tədbirdə rayon İcra başçısı İ.Vəliyev başda olmaqla qurum rəhbərləri, ziyalılar və müxtəlif təşkilatların nümayəndələri iştirak edirdi. Tədbirin aparıcısı Mərkəzi kitabxananın “Metodika-biblioqrafiya şöbəsi”nin biblioqrafı Nəzakət Məmmədova bütün çıxışı boyu Ulu öndər H.Əliyevin Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxardan böyük şəxsiyyət, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli vətən oğlu, onun siyasi fəaliyyətinin ilk illərindən respublikamız və xalqımız qarşısında danılmaz xidmətləri və müstəqil Azərbaycanımızın bu günki inkişafı və tərəqqisi yolundakı əbədiyaşar, mütərəqqi ideyaları barədə danışdı. Tədbirdə “Heydər Əliyev Mərkəzi”nin direktor əvəzi G.Nağıyeva Ulu öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı geniş məruzə etdi. Ümummilli liderin həyat yolu haqqında video-çarx göstərildi. Tədbirin sonunda isə iştirakçılar üçün sürprüz görüntülər nümayiş olundu. Bu görüntülər 1979-cu ilin 30 mayında H.Əliyevin Neftçalaya II gəlişini əks etdirən vido-çarx idi. O günlərin canlı şahidi olan rayonumuzun hörmətli ziyalılarından olan Pirverdi Babayev Ulu öndərlə bağlı xatirələrindən danışdı və Ümummilli liderə olan dərin sevgisindən söz açdı. Tədbirin sonunda qeyd olundu ki, H.Əliyev bu gün də aramızdadır, xalqımıza miras qoyduğu siyasəti, idayaları ilə hər zaman yaşayır. Bu ideyaları dövlətimizin bayraqdarı kimi İlham Əliyev xalqın gücü və məhəbbəti ilə yaşadır, davam etdirir. Və əminliklə demək olar ki, Azərbaycan yaşadıqca, H.Əliyevin adı möhtəşəm Azərbaycan adlı dövlətimizin adı ilə birgə yaşayacaq.

Keçidlər