Neftçalada “Azərbaycan Milli mətbuatının 140 illik yubileyi" münasibətilə tədbir keçirildi.
22 iyul 2015-ci il tarixdə Neftçala rayonunda “Azərbaycan Milli mətbuatının 140 illik yubileyi" münasibətilə tədbir keçirildi.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Vasif Əliyev, rayon “Gündoğar” qəzetinin əməkdaşları və ziyalılar iştirak etdilər.
Vasif Əliyev tədbirdə çıxış edərək milli mətbuatımızın 140 illik yubileyi münasibətilə iştirakçıları təbrik etdi və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edərək müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək qiymətləndirdi. V.Əliyev bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixli “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq rayonumuzda da geniş şəkildə qeyd olunur.
Sonra rayon “Gündoğar” qəzetinin baş redaktoru Habil Əsədov Milli Mətbuatımızın 140 illik yubileyinə həsr olunmuş məruzə ilə çıxış etdi.
Tədbirdə çıxış edənlər müstəqillik illərində mətbuatın qazandığı böyük uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar. Heydər Əliyev daima Azərbaycan iqtidarının söz, fikir və mətbuat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl siyasət həyata keçirdi. Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2015-ci il tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamını jurnalistlərə yüksək qayğının əyani təzahürü kimi dəyərləndirdilər.