Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalanın Aşağı Surra kənd orta məktəbində əsaslı təmir işləri aparılır

26 iyul 2015 | 15:00

Neftçala rayonunun Aşağı Surra kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır. Məktəb ötən əsrin 60-cı illərində inşa olunub. Keçən il Surra məktəbində 10 sinif otağından ibarət yardımçı bina tikilsə də, bu, şagirdlərin rahatlığı üçün kifayət etməyib. Bunu nəzərə alan rayon rəbərliyi məktəbdə əsaslı təmir işlərinin aparılmasına göstəriş verib. Artıq xeyli vaxtdr ki, məktəbdə təmir-bərpa, yenidənqurma işləri aparılır. Demək olar ki, 810 yerlik məktəb binası yenidən tikilir. Təhsil ocağı müasir avadanlıq və inventarlarla təchiz olunacaq.

Keçidlər