Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda iftar süfrəsi təşkil olundu.

16 iyul 2015 | 15:00

16 İyul 2015-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dindarlar və rayon ictimaiyyəti üçün  iftar süfrəsi təşkil olundu. İftarda Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Nəriman Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri iştirak etdi. İftar mərasimində rayonun  axundu hacı Mirseymur Əliyev tərəfindən Qurani-Kərimdən ayələr  və Ramazan duası oxundu. Hacı Mirseymur Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd etdi.
 

Keçidlər