Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Azercell”in yeni ekspress ofisi açılıb

22 iyul 2015 | 15:00

Yeni ofis hər kəs üçün rahat olan “bir nöqtədə üç xidmət” konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən, abunəçilər ofisə gələrək eyni anda üç xidmətdən yararlana bilərlər. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. “Azercell”in hazırda Bakıda 15, regionlarda isə 34 ekspress ofisi fəaliyyət göstərir. Bundan əlavə, şirkətin Bakıda 4, bölgələrdə isə 6 müştəri xidməti mərkəzi mövcuddur.

Keçidlər