Neftçalada şəhid ailələri və Qarabağ əlilləri üçün fərdi yaşayış evləri inşa olunur
21 iyul 2015 | 15:00
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə tikilən mənzillərin 8-i Neftçala şəhərində, 2-si isə Xıllı qəsəbəsində inşa olunur. Mənzillər 2, 3 və 4 otaqlıdır. Hazırda hörgü işləri aparılır. Bütün kommunikasiya xətləri ilə təmin ediləcək mənzillərdə rahat yaşamaq üçün hər cür şərait yaradılacaq. Mənzillərin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.