Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalalı taxılçılar ötən illə müqayisədə 25 min tondan çox məhsul əldə ediblər

13 iyul 2015 | 15:00

Neftçala rayonunun fərdi fermer təsərrüfatlarında taxıl biçini qısa müddətdə başa çatıb.

 Bu il Neftçalada 43 min 756 hektar sahədə taxıl əkilib. Bunun da 39 min 136 hektarı arpa, 4 min 620 hektarı isə buğdadır. Dövlətin taxılçılara göstərdiyi dəstəkdən yararlanan fermerlər qısa müddətdə biçin kampaniyasını uğurla başa çatdırıblar. Əkinçilər 39 min 136 hektar arpa sahəsindən 98 min 111 ton məhsul götürüblər. Buğda yığımında isə daha yüksək nəticələr əldə olunub. Səpin keçirilmiş 4 min 620 hektar buğda sahəsindən 12 min 514 ton məhsul əldə olunub. Buğda sahəsinin hər hektarının məhsuldarlığı 27,1 sentner olub.

Ümumilikdə, bu il neftçalalı fermerlər taxıl sahələrindən 111 min 25 ton məhsul əldə ediblər ki, bu da ötən ildəkindən 25 min 237 ton çoxdur.

Keçidlər