Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun Aşağı Surra kəndinə ilk dəfə təbii qaz verilib

09 iyun 2015 | 15:00

İyunun 9-da Neftçala rayonunun Aşağı Surra kəndinə ilk dəfə təbii qaz verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən 1185 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3 min 585 metr uzunluğunda müxtəlif diametrli polietilen və 66 min 498 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İctimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər