Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada gənc və əlilliyi olan qadınların resurs mərkəzi açılıb

03 iyun 2015 | 15:00

03 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi (Coca-Cola Şirkətinin maliyyə dəstəyi ilə) "Gənc və əlilliyi olan qadınların iqtisadi və sosial həyatda səlahiyyətləndirilməsi" layihəsi çərçivəsində Neftçala Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova Neftçalada qadınların əhalinin 53 faizini təşkil etdiyini bildirib, onların rayonun sosial-iqtisadi, mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın-dövlət siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib, ölkəmizin inkişafında qadınların əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

“Gənc və əlil qadınların cəmiyyətə daha fəal inteqrasiyası prioritet məsələlərdəndir”, - deyən sədr müavini regionlarda belə resurs mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib.

Sonra gənc və əlil qadınlar biznes planlarını təqdim edib, qaliblər müəyyənləşdirilib.

Keçidlər