Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib

21 aprel 2015 | 15:00

Aprelin 21-də Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının Qadınlar Şurası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib.

YAP Neftçala rayon təşkilatının Qadınlar Şurasının sədri Gültəkin Sadıqova tədbirdə çıxış edərək bildirib ki, öz həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə Əliyeva göz xəstəliklərinin profilaktik müalicəsi sahəsində böyük uğurlara imza atıb. Bütün ömrünü insanların sağlamlığına həsr edən Zərifə Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın xatirəsində həmişə yaşayacaq.

Tədbirdə digər çıxış edənlər görkəmli oftalmoloqun həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, əsl pedaqoq kimi gənc mütəxəssislərin yetişməsindəki rolundan, yüksək insani keyfiyyətlərindən danışıblar. 

Tədbirin sonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edən videorolik izlənilib.

Keçidlər