Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada 40885 nəfər tibbi müayinədən keçirilib

06 aprel 2015 | 15:00

Prezident İlham Əliyevin tapşırığına əsasən Neftçalada əhalinin profilaktik tibbi müayinəsi mütəşəkkil keçir.

Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət beş peşəkar həkim briqadası təşkil olunub və rentgen, ultrasəs, laborator və digər müayinələr aparılır.

Humanitar aksiya rayon üzrə 60 mindən çox əhalini əhatə edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Üç səyyar həkim briqadası bu kateqoriyadan olan əhalinin müayinəsini evlərdə aparır.

Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstəxanası, 15 həkim məntəqəsi, 128 həkim, 432 orta tibb personalı kampaniyaya cəlb olunub.

Aksiya başlanandan bu günə kimi rayonun 22 yaşayış məntəqəsindən 40885 nəfər tibbi müayinədən keçirilib. 2993 nəfər ambulator, 31 nəfər stasionar müalicəyə cəlb olunub, 59 xəstə isə Bakı şəhərindəki səhiyyə ocaqlarına göndərilib.

 

Keçidlər