Neftçalada 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Neftçalada 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə qadınların rayonun sosial-iqtisadi həyatında fəal iştirakları qeyd olunub.
Tədbirdə respublikada həyata keçirilən quruculuq işlərində qadınların yaxından iştirak etdikləri, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında onların fəallığının ilbəil artdığı vurğulanıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dövlət qadın siyasəti nəticəsində qadınlar bu gün təkcə paytaxtda deyil, həm də regionlarda dövlət strukturlarında layiqincə təmsil olunurlar.
Sonra rayonun ictimai - siyasi həyatında fərqlənən qadınlara icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim edilib.
Tədbir konsert proqramı ilə başa çatıb.