Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Xocalı şəhidlərinin xatirəsi anılıb

26 fevral 2015 | 16:00

Xocalı soyqırımı ilə bağlı anma mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən başlanıb. Rayon ictimaiyyətinin nümayəndələri, icra strukturlarının rəhbərləri, şagirdlər abidənin önünə gül dəstələri düzərək, şəhid xocalıların xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları rayon mədəniyyət evində uşaqların Xocalıya həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

Keçidlər