Şriftin ölçüsü :

Saytın rəngi :

03 iyun 2022-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti qəbulu həyata keçirilib

03 iyun 2022 | 14:19

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqaməti vətəndaş məmnunluğunun artırılması, hər zaman insanların yanında olmaq, onların çətinliklərinə, problemlərinə obyektiv yanaşıb, operativ həlli istiqamətində tədbirlər görməkdir. Neftçala rayonunda da qeyd edilən istiqamətlərdə işlərin həyata keçirilməsi ilə əlaqədar olaraq verilən tapşırıq və tövsiyyələr üzrə işlər həyata keçirilir. Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov vətəndaşları fərdi şəkildə, təsdiq olunan qrafik üzrə isə rayonun kənd və qəsəbələrində səyyar formada qəbul edir, problemlərini dinləyir, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verir. Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti fərdi qəbul keçirilib. Müraciətlər əsasən məşğulluğun təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalı məsələləri, evlərinə təmir üçün köməklik edilməsi və digər problemlərlə əlaqədar olub. Vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Keçidlər