Şriftin ölçüsü :

Saytın rəngi :

02 İyul-Azərbaycan Polisinin 105-ci il dönümü Neftçala rayonunda qeyd olunub

30 iyun 2023 | 16:26

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, polis şöbəsinin kollektivi, şəhid ailələri və veteran polis işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib və Ulu Öndər Heydər Əliyevin həyat, fəaliyyətini əks etdirən xatirə şəkillərinə baxış keçirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,  Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev və digər natiqlər Azərbaycan polisinin keçdiyi 105 illik şərəfli xidmət yolundan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının  əvəzsiz rolundan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqətdən, qayğıdan  danışıblar. Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.

Tədbirdə Daxili İşlər Naziri general- polkovnik Vilayət Eyvazovun təbriki diqqətə çatdırılıb və bir qrup polis əməkdaşları  “Azərbaycan Polisinin 105-ci ildönümü”, polis orqanlarında vəzifələrini layiqincə  yerinə yetirdiyinə görə fəxri fərmanlar təltif olunublar, xatirə şəkili çəkilib.

Keçidlər