02 İyul-Azərbaycan Polisinin 104 yaşı Neftçala rayonunda qeyd olunub
02 iyul 2022 | 10:02
Tədbirdən öncə Neftçala şəhərində ucaldılmış Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli tədbir iştirakçıları tərəfindən ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Neftçala rayonu Heydər Əliyev Mərkəzinin önündə baş tutan tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin kollektivi və veteran polis işçiləri iştirak ediblər.
Əvvəlcə,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərin və xidməti borcunu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan polisinin keçdiyi 104 illik şərəfli xidmət yolundan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, istər koronavirus pandemiyası dövründə, istərsə də, Vətən Müharibəsi günlərində göstərdikləri şücaət və fədakarlığa görə bütün polis işçilərinə, o cümlədən, Neftçala rayon Polis şöbəsinin əməkdaşlarına bir daha təşəkkür edib, Daxili İşlər Naziri Vilayət Eyvazovun əmri ilə təltif olunan Neftçala rayon Polis şöbəsinin əməkdaşlarını ürəkdən təbrik edib, onlara gələcəkdəki şərəfli xidmət yollarında yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi polis polkovniki Vüsal Şəbəndəyev daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib, bundan sonra da ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində və qarşıya qoyulan digər mühüm tapşırıqlarının vaxtında icra olunmasında polis əməkdaşlarının vicdanla və peşakarlıqla xidmət edəcəklərini bildirib
Tədbirdə çıxış edən rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Neftçala rayon Yeni Azərbaycan Partiyası təşkilatının sədri və digər natiqlər də peşə bayramı münasibətilə polis əməkdaşlarını ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzu ediblər.