Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların satışı təşkil olunacaq

05 iyul 2022 | 17:57

Hörmətli rayon sakinləri,

2022-ci il iyul ayının 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi ilə razılaşdırılaraq Neftçala şəhərinin M.Əsədov küçəsində sanitariya-gigiyena və baytarlıq-sanitariya qaydalarına əməl olunmaqla ayrılmış satış məntəqəsində (Təzə bazar adlanan ərazi) sahibkarlar tərəfindən qurbanlıq qoyunların satışı təşkil olunacaqdır.

Qurban bayramı günlərində rayon ərazisində qurbanlıq heyvanların kəsimi hər il vətəndaşların fərdi təsərrüfatlarında həyata keçirildiyi üçün kütləvi kəsim aparılmadığından heyvan kəsim məntəqəsi müəyyən edilməyib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Sizləri dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, firəvan həyat, bol ruzi bərəkət arzulayır, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə səmimi təbriklərini yetirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban Bayramınız Mübarək olsun! 

Keçidlər