Neftçala Rayonu İcraHakimiyyəti könüllülük fəaliyyətinə başlayır!
Neftçala Rayonu İcraHakimiyyəti “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətinə başlayır!
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Neftçala Rayonu İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət (əmək haqqı ödənilməyən) hesab olunur. Qanuna müvafiq olaraq Neftçala Rayonu İcra Hakimiyyətində könüllü fəaliyyəti əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
- Neftçala Rayonu İcra Hakimiyyətinin bütün struktur bölmələrində könüllü fəaliyyətin həyata keçirilməsi;
- Neftçala Rayonu İcra Hakimiyyəti başçısı aparatının şöbələrində ixtisası üzrə könüllü fəaliyyət göstərərəkiş təcrübəsinin və idarəetmə bacarıqlarının artırılması ;
- Real iş mühitində çalışmaqla inzibatçılıq təcrübəsi əldə edilməsi,
- İxtisasına uyğun könüllü fəaliyyət göstərdiyi sahə üzrə müraciət edən vətəndaşlara düzgün izah verilməsi və aidiyyəti üzrə istiqamətləndirilməsi;
- Könüllünün təcrübə keçdiyi strukturda intellektual və mənəvi inkişafının, həmçinin cəmiyyətdə fəal iştirakının düzgün istiqamətləndirilməsi;
- Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur və onlar müxtəlif sosial bacarıqlar və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir.
Neftçala Rayonu İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
• İntizamlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüter bacarığı.
Məlumat üçün bildiririk ki, könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (Anket) mail@neftchala-ih.gov.azelektron poçtuna göndərə bilər.
Əlaqə nömrəsi: 021-26-3-42-43
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.
Müraciət üçün son tarix: 15.03.2023