Neftçala rayonu
Aran iqtisadi rayonuna daxildir.
Rayon 11 fevral 1940-cı ildə yaradılmışdır.
Rayon ilə Bakı şəhəri arasında
məsafə 176 km-dir.
Rayon 1 şəhər, 3 şəhər tipli qəsəbə və
48 kənd yaşayış məntəqəsindən ibarətdir.
Ərazisi- 1451,7 kv.km
Əhalisi- 87,0 min nəfər
Neftçala rayonunda 2004-2017-ci ilin ötən dövrü ərzində görülmüş işlər barədə
M Ə L U M A T
1.Qaz təchizatı
52 yaşayış məntəqəsindən ibarət olan rayonun 28 yaşayış məntəqəsi qazla təchiz olunmuşdur.
2.Su və kanalizasiya sistemi
Rayonun su təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə 4,5 km su, 1,8 km kanalizasiya xətti çəkilmişdir.
3. Yol infrastrukturu
- 35 km şəhərdaxili və məhəllədaxili yollara asfalt çəkilmişdir.
- 29,7 km uzunluğunda Şorsulu-Xol Qarabucaq-Xəzərkənd avtomobil yolu tikilmişdir.
- 55 km uzunluğunda Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun yenidən qurulması davam etdirilir.
4. Təhsil obyektləri
51 məktəb və 16 bağça fəaliyyət göstərir. 17 məktəb və 4 bağça tikilmiş və ya əsaslı təmir olunmuş,Ərəbqardaşbəyli kənd orta məktəbi üçün modul tipli məktəbin tikintisi davam etdirilir,Şorkənd kənd ümumi orta məktəb üçün 7 əlavə sinif otağı tikilir.
5. Səhiyyə obyektləri
21 səhiyyə müəssisəsi fəaliyyət göstərir. 3 səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
6. Mədəniyyət obyektləri
68 mədəniyyət müəssisəsi fəaliyyət göstərir.
7. Gənclər və idman obyektləri
3 idman müəssisəsi fəaliyyət göstərir.
8. Şəhid ailələri və əlillər üçün yaşayış binaları
48 mənzilli və 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
9. İş yerləri
6496-ı daimi olmaqla , 8279 yeni iş yeri yaradılmışdır.
10.Yeni yaradımış müəssisələr
2004-2017-ci ilin ötən dövrləri ərzində 151 yeni yaradılmış müəssisə qeydiyyatdan keçmişdir.