Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Neftçala rayon Gənclər və İdman İdarəsi 1995-ci ildən fəaliyyət göstərir. İdarənin nəzdində 1 UGİM vardır. Ugim-də sərbəst-güləş, Yunan-Roma güləşi, boks, ağır atletika, həndbol idman növləri fəaliyyət göstərir. Rayonda 1 stadion var.
Rayon idmançılarından Elnur Şəfizadə boks üzrə 2011-ci ildə Azərbaycan çempionatında I yer, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq turnirdə I yer, Ukraynanın Artyomski şəhərində keçirilən “Dostluq” Beynəlxalq Kuboku uğrunda turnirdə II yer, 2012-ci ildə Azərbaycan Çempionatında I yer, Qazaxıstanın Oktava şəhərində keçirilən Beynəlxalq turnirdə II yer, Heydər Əliyevin xatirəsinə 2012-ci ildə keçirilmiş Beynəlxalq turnirdə I yer, Bolqarıyanın Sofiya şəhərində keçirilən Avropa birinciliyində III yer tutmuşdur.

Yeniyetmələrin VIII Respublika Oyunlarının boks idman növü üzrə Məmmədov Röyal I yer, Məmmədli İlqar (59 kq) I yer, Hüseynov Elvin (43 kq) II yer, İsmayılov Mirağa (48 kq) III yer tutmuşdur.
Ağır atletika idman növü üzrə Səmədov Ülvi 2012-ci ildə Azərbaycan birinciliyində I yer tutmuşdur.

2011-ci il Sabirabad rayonunda keçirilən Yunan-Roma güləşi üzrə IV Respublika Oyunlarının zona birinciliyində Camalov Saleh (65 kq) I yer, Eyvazov Murad (45) II yer, Qarayev Qafur (52 kq) II yer, Musayev Şaiq (56 kq) III yerə layiq görülmüşdür.

2012-ci il İsmayıllı rayonunda keçirilən İdman Məktəblərinin IV Respublika Oyunlarında Cavadov Zamin I yer, Həsənov Firudin I yer, Səmədov Ceyhun II yer, Xəlilov Kənan II yer tutmuşdur.
2012-ci il İmişli rayonunda keçirilən sərbəst-güləş üzrə Yeniyetmələrin VIII Respublika Oyunlarının zona birinciliyində Nəcəfov Orxan (65 kq) II yer, Mayılov Elgün (56 kq) III yer tutmuşdur.
2012-ci il İsmayıllı rayonunda keçirilən ağır atletika üzrə Yeniyetmələrin VIII Respublika Oyunlarında Xəlilov Kənan (38 kq) I yer, Səmədov Ceyhun (42 kq) I yer, Həsənov Firudin (73 kq) I yer tutmuşdur.

  • Rayon Gənclər və İdman Neftçala şəhəri Heydər Əliyev prospekti 33 ünvanda yerləşir.
  • Telefon: (0153) 3-37-07
  •  Gənclər və İdman İdarəsinin rəisi: Yalçın Miriyev

 

Keçidlər