Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Zəfər Günü” -nə həsr olunan brey-rinq bilik yarışının və şahmat turnirinin finalı keçirilib

08 noyabr 2021 | 02:11

44 Günlük Vətən müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyəinin dəstəyi, “Demokratik gənclər” İctimai birliyinin və Neftçala Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” silsilə tədbirlərinin davamı olaraq “breyn- rinq” bilik yarışmasının və şahmat turnirinin finalı keçirilib.
Yarışların final mərhələsinin izləmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
“Breyn- rinq” bilik yarışmasının final mərhələsinə 3 komanda iştirak edib və bilik yarışmasının sonunda Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon nümayəndəliyi qalib gəlib. Qalib komandanın üzvləri və digər iştirakçılar Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Rayonda  “Zəfər Günü” ilə əlaqədar olaraq keçirilən növbəti şahmat turniri 8, 10, 12 və 14 yaş qrupları üzrə olmaqla 70 məktəbli şahmatçı mübarizə aparıb. Final mərhələsində 24 məktəbli şahmatçı iştirak edib və 1, 2, 3-cü  yerlər üzrə qələbə qazanıblar.
Qaliblər müxtəlif medal və diplomarla təltif olunublar. Qaliblər arasında şəhid baş leytenant Əsəd Əsədovunda övladları yer alıb.
Tədbirlərdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Neftçala RİH başçısı yarış iştirakçılarına və qaliblərə uğurlar arzulayıb.

Keçidlər