Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşanın, Qubadlının, Kəlbəcərin və Laçının azad olunmasına görə” medalları təqdim olunub

21 oktyabr 2021 | 10:10

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı,  “Kəlbəcərin azad olunmasına görə” medalı və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr Sərəncamı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin, Qubadlı rayonunun, Kəlbəcər rayonunun və Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları təltif ediliblər. Təltif olunan Neftçala rayonu üzrə bir qrup hərbi qulluqçularına və şəhid ailələrinə medalları təqdim olunub.
Təqdim olunmada Neftçala Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məsul şəxsləri iştirak edib.
Məlumat üçün bildiririk ki, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri İlqar Həsənov “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Keçidlər