Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olan Elimdar Səfərovun abidə xatirə kompleksə və ev muzeyi ziyarət olunub

07 oktyabr 2021 | 07:10

2016-cı ilin aprel döyüşlərində şəhid olan şəhid Elimdar Səfərovun xatirə kompleksi və ev muzeyi Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Adil Əliyev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən ziyarət olunub, ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.
Milli Məclisin Sədr müavini və Neftçala RİH başçısı Elimdar Səfərovun 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlıqlarından, igidliyindən, şücaətindən danışılıb və şəhid ruhu yad olunub.
Elimdar Səlimxan oğlu Səfərov 26 iyul 1992-ci ildə Yardımlı rayonunda anadan olub. Elimdar Səfərov daha sonra ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb. 2016-ci il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş verən hərbi münaqişədə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Keçidlər