Şriftin ölçüsü :

Saytın rəngi :

“Füzulinin azad olunmasına görə” medallar təqdim olunub

29 iyul 2021 | 01:07

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr Sərəncamı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları təltif ediliblər. Təltif olunan Neftçala rayonu üzrə bir qrup hərbi qulluqçularına və şəhid ailələrinə medalları təqdim olunub.
Təqdim olunmada Neftçala Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məsul şəxsləri iştirak edib.

 

Keçidlər